
"ANS ÇM radiosunda erməni mahnısının səsləndirilməsində hər hansı problem yoxdur".
Qaynar.info xəbər verir ki, bu sözləri Aktual.az-a ANS prezidentinin media üzrə müşaviri Mais Məmmədov Milli Televiya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin ANS ÇM radiosunda erməni mahnısının səsləndirilməsi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
Mais Məmmədov bildirib ki, ermənilər də Azərbaycan mahnılarını səsləndirirlər və burada heç bir problem yoxdur: “Ona qalsa İrəvanda da hər gün Azərbaycan mahnıları oxudurlar. Hələ mahnı bir tərəfə, millət Ermənistana gedib-gəlir, dünyadan xəbəriniz yoxdur. İstəməyən qulaq asmasın, soyuq su içsin”.
Qaynar.info