
Hafta-ichi.az saytının yaydığı məlumata görə, ANS televiziyasının vitse-prezidenti Mirşahin Ağayev televiziya əməkdaşları Vüsalə Şahvəliqızı ilə Zəminə Əliyevanın işdən qovulması ilə bağlı yayılan xəbəri təkzib edib: “Onların hər ikisi işdədir. Mətbuatda yazılan məlumat düzgün deyil”.
Qeyd edək ki, bu gün mətbuatda yayılan məlumata görə, telekanalda yayımlanan “Şoumən” və “Doğruya Doğru” verilişlərinin aparıcıları Vüsalə Şahvəliqızı ilə Zəminə Əliyeva səbəbsiz yerə telekanaldan uzaqlaşdırılıb. Onların aparıcı olduqları verilişlər də bağlanıb.
Qaynar.info