
Dələduzluqda şübhəli bilinən Amid Qurbanov saxlanılıb.
O, tanınmış hüquqşünas Zülfiyə Bayramovanın etibarından sui istifadə edərək onun 18 min 500 ABŞ dollarını mənimsəyib. Yasamal Rayon Polis İdarəsindən Publika.Az-a verilən məlumata görə, aldığı pulun müqabilində Amid Zilfiyyə üçün Gürcüstandan avtombil gətirməli olub. Pul avqust ayında verilsə də, avtombil bu günə qədər gəlib çıxmayıb. Saxlanaraq istintaqa cəlb edilən Amid Qurbanov zərərçəkmiş tərəfindən şərləndiyini deyib:
“Zülfiyəni 1 ilə yaxındır ki, tanıyıram. Onu ziyafət məclislərinin birindən tanımışam. Zülfiyyənin sürdüyü maşın mənimdir. Amma o, ərini aldaıb ki, guya maşın özünə məxsusdur. İndi məni şərləyir ki, ona borcum var. Gətirsin maşınımı qoysun cərimə meydançasına, aydınlışdıraq, görək nə məsələdir”.