Xəbər lenti

ANS-in işsiz jurnalistləri bu TV-yə keçdilər
Ölkə11:34 10.01.2017

ANS-in işsiz jurnalistləri bu TV-yə keçdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yayımı dayandırılan ANS TV-nin işsiz qalan jurnalistləri “İnterAz” internet televiziyasına keçib.

Artıq ANS TV-nin keçmiş əməkdaşları - Vüsal Süleyman, Kəmalə Əliisgəndərqızı, Məmmədağa Vəliyev, Azər İsrafilov, Vəfa Təyyarqızı, Sevinc Eminzadə və digərləri “İnterAz” TV-də işə başlayıblar.

Keçmiş ANS-çi Kəmalə Əliisgəndərqızı “İnterAz”ın Xəbərlər bölməsinin rəhbəri təyin edilib, Vüsal Süleyman isə idman bölməsindən siyasət bölməsinə keçirilib.

Eyni zamanda “İnterAz” TV-nin əvvəlki əməkdaşlarının əksəriyyətinə də yeni iş yerləri axtarmaları barədə xəbərdarlıq edilib.

“İnterAz” rəhbərliyi bundan sonra TV-nin "ANS" kimi xəbərə daha çox üstünlük verəcəyini bildirib.(publika)

Qaynarinfo.Az