Xəbər lenti

ANS-in keçmiş əməkdaşı SPACE-ə getdi
Ölkə07:14 21.09.2013

ANS-in keçmiş əməkdaşı SPACE-ə getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ANS-in keçmiş əməkdaşı Azadə Balayeva yenidən efirə qayıdacaq.

Belə ki, tamaşaçılar oktyabr ayından onu Space telekanalında görə biləcəklər.

Bu barədə AzVision.az-a jurnalistin özü məlumat verib: "Üz-üzə adlı verilişdir, həftədə bir dəfə yayımlanması nəzərdə tutulub. Ekspertlərin, tamaşaçıların iştirakı ilə cəmiyyətin diqqət mərkəzində olan, qara piara məruz qalan insanlarla bağlı məsələlər müzakirə olunacaq. Düşünürəm ki, Azərbaycanda bu formatda ilk veriliş olacaq. Hazırda yeni dekorasiyalar hazırlanır. Verilişin məğzi ilə bağlı anonslar bir həftədir ki yayımlanır, ilk buraxılış üçün hazırlıqlar gedir.

Qeyd edək ki, bir müddət olar ki, Azadə Balayeva öz istəyi ilə ANS telekanalını tərk edib.

Qaynar.info