
ANS Şirkətlər qrupunun keçmiş əməkdaşının maşında meyiti tapılıb.
Milli.Az-ın məlumatına görə, şirkətin mühafizəçisi olan Ramin Qədimovun meyiti ötən gün “Mercedes” markalı avtomobilin arxa oturacağından aşkarlanıb.
Sabunçu rayonu ərazisində dünyasını dəyişmiş R.Qədimovun meyitinin üzərində zorakılıq əlaməti olmayıb. Onu da əlavə edək ki, R.Qədimov bir neçə il əvvəl "Bakıfilm" kinostudiyası tərəfindən çəkilmiş “Seçilən” filmində "Saşa" rolunun ifaçısı olub.
Sabunçu Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, R.Qədimov ürək tutmasından dünyasını dəyişib.
***
“ANS”in daha bir keçmiş əməkdaşı Gülşən Hacıyeva da dünyasını dəyişib. Məlumata görə, üç uşaq anası olan xanım əvvəllər kanalın təhlükəsizlik xidmətində çalışıb. Yaxınlarının bildirdiklərinə görə o, ürək tutmasından vəfat edib, yatıb bir daha oyanmayıb.
Qaynar.info


