
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS TV-nin lisenziya müddətinin uzadılmaması məsələsinə münasibət bildirib.
MTRŞ sədri N.Məhərrəmli Publika.Az-a açıqlamasında deyib ki, hazırda ANS TV-nin lisenziya müddəti başa çatıb: “Ancaq biz onlara hələlik fəaliyyət göstərməsi üçün müvafiq sənəd vermişik. Həmin sənədə əsasən ANS TV-nin lisenziya müddətinin uzadılması məsələsinə hələlik nə baxılmır, nə də telekanalın yayımına qadağa qoyulmur”.
N.Məhərrəmli qeyd edib ki, təkcə ANS TV-nin lisenziya müddəti başa çatmır: “Eyni zamanda Xəzər TV və digər regional telekanalların da lisenziya müddəti başa çatır. Bu yaxınlarda “Xəzər” televiziyası, ANS TV və BB TV-nin (“BB TV Kommunikeyşn” MMC) və bir neçə regional televiziyaların lisenziya müddəti başa çatır. Bu ilin sentyabrında sözügedən telekanalların lisenziya müddətinin uzadılması məsələsinə baxılacaq”.
Qaynar.info