Xəbər lenti

Antalyada Şuşaya həsr edilmiş sərgi açılıb
Ölkə08:41 16.07.2023

Antalyada Şuşaya həsr edilmiş sərgi açılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi ilə əlaqədar Türkiyənin "Azərbaycan Xalqlar Dostluğu” dərnəyinin təşkilatı dəstəyi ilə Antalyanın Muratpaşa Bələdiyyəsinin inzibatı binasında növbəti fotosərgi açılıb. 
Sərgi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyi tərəfindən icra olunan "Shusha, the cultural capital of Azerbaijan, in photos” (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsi ilə gerçəkləşib. Layihə Azərbaycan, Gürcüstan və Türkiyədə icra olunmaqla Şuşanın tarixinin və mədəni irsinin yerli, türk və gürcü gəncləri arasında təbliğ edilməsini hədəfləyir. Sərgiləri ziyarət edən gənclər və digər qonaqlar arasında fotolar vasitəsilə Şuşa musiqiçiləri və mədəni irsi haqqında məlumatlılıq artırılır, ziyarətçilərə Şuşanın fotoları əks olunan açıqcalar paylanılır.  
Daha öncə Azərbaycanın Bakı şəhərində, Gürcüstanın Tbilisi şəhərində, Bolnisi və Marneuli rayonlarında ümumilikdə 9 günlük sərgilər açılıb. Növbəti 1 günlük sərginin Azərbaycanın Balakən rayonunda təşkil edilməsi və layihənin yekunlaşdırılması nəzərdə tutulur.