Xəbər lenti

Antiterror əməliyyatında yaralanan zabitimiz vəfat etdi (FOTO)
Ölkə15:42 07.04.2024

Antiterror əməliyyatında yaralanan zabitimiz vəfat etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu 7 aprel 2024-cü il tarixində müalicə olunduğu tibb müəssisəsində vəfat edib.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid zabitimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət etsin!