Xəbər lenti

"APA Holdinq" fəaliyyətini tam dayandırdı
Ölkə09:00 30.08.2018

"APA Holdinq" fəaliyyətini tam dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın tanınmış xəbər agentliyi "APA Holdinq" MMC fəaliyyətini dayandırıb.
Qaynarinfo EkoNews-a istinadla xəbər verir ki, bu haqda "APA Holdinq" MMC-nin rəhbəri Vüsalə Mahirqızı açıqlama verib.
Qeyd edək ki, bir müddət əvvəl APA agentliyi fəaliyyətini gözlənilmədən dayandırmışdı. Buna səbəb Azərbaycan prezidenti İlham Əliyevin çıxışının agentlikdə ciddi təhriflə yayımlanması göstərilirdi. Mövzu ilə bağlı o zaman açıqlama verən V. Mahirqızı belə bir qərarın özləri tərəfindən verildiyini bildirmişdi.
"APA Holdinq"in tərkibində Lent.Az, Kulis.Az, APA TV və APA informasiya agentlikləri fəaliyyət göstərirdi.