Xəbər lenti

Apellyasiya Məhkəməsi azyaşlı qızı hamilə qoyan müəllimlə bağlı hökmü ləğv etdi
Ölkə15:49 11.09.2020

Apellyasiya Məhkəməsi azyaşlı qızı hamilə qoyan müəllimlə bağlı hökmü ləğv etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şirvan Apellyasiya Məhkəməsi azyaşlı qızı hamilə qalmasına səbəb olan  müəllimə bağlı çıxarılmış hökmü ləğv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Təmiz Dünya Qadinlara Yardim Ictimai Birliyinin sədri Mehriban Zeynalova verib.
"Əziz dostlar Sizinlə bir məlumatı bölüşmək istəyirik, xatırlayırsınızsa azyaşlı qızımızın hamilə qalmasına səbəb olan və ona qarşı zorakılıq edən müəllimə qarşı Lerik rayon məhkəməsi tərəfindən cəmi bir il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi hamımızda təəssüf hissi doğurmuşdu. Həmin məsələni ictimailəşdirdikdən sonra, Milli Məclisin sədr müavini Adil Əliyev, qeyd olunan məsələni nəzarətə götürmüş və öz hesabına vəkillə təmin etmişdir. İş üzrə şikayət Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir, məhkəmənin bugünki qərarı ilə Lerik rayon məhkəməsinin təyin etdiyi hökm ləğv edilmiş, iş qanunvericiliyin tələbinə uyğun olaraq yenidən tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə geri qaytarılmışdır. Bu işdə əziyyəti olan hər kəsə təşəkkür edirik!"