
Bakı Apellyasiya Məhkəməsində “Jam.az” saytının rəhbəri Fikrət Fərəməzoğlu barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
"Qaynarinfo" APA-ya istinadən xəbər verir ki, hakim Natiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) ittiham olunan Fikrət Fərəməzoğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qaynarinfo.Az