
Aprelin son günündə ölkə ərazisində mülayim hava müşahidə olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, aprelin 30-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi axşam şimal küləyinə keçəcək.
Havanın temperaturu gecə 9-14˚, gündüz 19-24˚ isti olacaq.
Aprelin 30-da Azərbaycanın bölgələrində də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək.
Havanın temperaturu aran rayonlarında gecə 10-15˚, gündüz 23-28˚ isti, dağlarda gecə 6-11˚, gündüz 14-19˚ isti olacaq.
Qaynar.info