Xəbər lenti

Aqil M Quliyev azadlığa buraxıldı
Ölkə09:10 29.05.2013

Aqil M Quliyev azadlığa buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Bakı Apelyasiya məhkəməsində həbsdə olan tanınmış rejissor Aqil M Quliyevin apelyasiya şikayətinə baxılıb.

Day.az-ın məlumatına görə, hakimlərin qərarı ilə rejissor məhkəmə zalından azadlığa buraxılıb.

Onun azadlıqdan məhrumetmə cəzası pul cəriməsi ilə əvəzlənib.

Xatırladaq ki, Aqil M. Quliyev Xətai rayon məhkəməsinin qərarı ilə Marianna Turabovanın şikayəti əsasında azadlıqdan məhrum edilmişdi. 150 min manat məbləğində pulu geri qaytarmaqdan imtina edən rejissora 1 il 6 ay həbs cəzası verilmişdi.

Qaynar.info