Xəbər lenti

Aqiyə Naxçıvanlıya sərt ittiham: "Günah o xanımdadır?
Ölkə13:15 11.03.2014

Aqiyə Naxçıvanlıya sərt ittiham: "Günah o xanımdadır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filalında direktoryanı şura iclası zamanı böyük  qalmaqal yaşanıb. 

İnstitutdan Qaynar.info-ya verilən məlumata görə qalmaqal böyüyərək davaya səbəb olub. Belə ki, direktor Rasim Şükürovun iradından və tədris işləri üzrə direktor müavini İlham Səlimovun qış imtahan sessyasının nəticələri barədə hesabat çıxışından qıcıqlanan emi işlər üzrə direktor müavini Nizamı Abbasov sərt çıxış edib. 

O, çıxışında hesabatla razılaşmayaraq filial və AMİ rəhbərliyi barədə kəskin ittihamlar səsləndirib: "Bu nə hesabatdır? Yalançı nəticələrlə nə başımızı qatırsınız? Burda bizim müqəddaratımız həll olunur. Mən dilləndim, amma imkan vermədiniz qabağa düşüb sözümü deyim. Mənə nə var, bir-iki ilə pensiyaya çıxıram. Bu camaata yazığım gəlir. Yazıqlar düşüblər kollecə-zada işa atxarırlar. Bunu da gətirib qoyubdur ki, başımızı qatsın. Bütün günahlar o başda oturan xanımdadır. Nə qədər o, orda oturub, bizim başımıza bu oyun açılacaqdır. Fliallar da düzələn deyil. Öz maraqları ücün hər yeri qarışdıran odur. Özü də Milli Məclısdə oturub. Belə də deputat olar? Maddİ texniki baza zəifliyini əsas gətirən xanım 10 ildi rəhbərlık edir. Niyə bu bazanı yaradilmasını təmin etməyib? Bəs ayrılan pullar hara gedib? Qoyun sözümüzü deyək. Hər yerdə informasiya kommunkasiya texnologiyalarının inkışafından danışırlar. Qorxunuzdan filialın internet cıxışını da bağlamısınız. Onsuz da camaat harada olsa, tapıb oxuyur da yazır da. Bir-iki yerdən başqa bütün şöbələrin interneti kəsilib. Bu nə biabırçılıqdır?".

Mənbə bildirir ki, iclası idarə edə bilməyən direktor müavininə "Otur, otur, bunlar yazıqdır" deyə sərt xəbərdarlıq edib: "Otur yerində. Bunlar yazıqdır, sən də yazıqlar komitəsinin sədri. Bu gündən hamı yazıqlar komitəsinin sədrinə müraciət etsin" - deyə o, müavininə ironiya ilə cavab verib.

Bildirilir ki, Nizami Abbasovun çıxışına direktor etiraz etsə də, müəllimlər onu dəstəkləyiblər: "Nizami müəllimin çıxışının hay-küy saldığını və yeni direktora yaxınlığı ilə seçilən dekan Həqiqət Qədimova isə "ipə-sapa yatmayan" direktor müavinini sakitləşdirmək üçün "Nizami müəllim, günahların hamısı Xatirə Hüseynovadadır. Bu filialı ona görə bağlayır xanım. Gəldi ələmi qarışdırdı bir-birinə. Orucəli nə etmişdi, etməmişdi çıxıb getmişdi. O gəldi başladı keçmişi qurdalamağa. Ondan sonra da aləm dəydi bir-birinə. Bundan sonra təsərrüfat müdiri Mahir Şərifov dekanı tərəfkeşlikdə gunahlandıraraq bildirdi ki, günah buraxı yeyib-dağıdan Orucəli Rzayevdə və onu müdafiə edənlərdədir. İndi də sənədləri təzədən düzəldirsiniz. Bilmirsiniz ki, onların hamısının surəti məndədir?"

Məlumatda bildirilir ki, filialın psixoloğiya müəllimi, tərbiyə işləri  üzrə sabiq direktor müavini İlhamə İsmayılova da çıxışında ciddi ittihamlar səsləndirib: "Həqiqət xanım sən deyildin iclasda yalandan Aslan müəllimin üzünə duran? Saxta diplomla  dekan isləyirsən, ora gəlməyinə 25 min verdiyini  hamiya danışa-danışa gəzirsən. Aqiyə xanım bu filialı  Xatirə müəlliməyə görə niyə bağlayır? Maddi texniki bazanın zəif olmasında günahkar olanları cəzalandırsın. Bizim nə gunahımız var? Bu illər ərzində ayrılan pullar hanı? Kimin cibinə gedib? Bəs 170 nəfər işcinin taleyi necə olsun? Zaqatala filialını işi bizdən öyrənib. İndi nə oldu bəs? Oranı niyə saxlayıb, Orucəliyə görə? Ay şərabcı, sən ədəbiyyat bilirsən. Orucəlinn vaxtında bütün ədəbiyyat-dil imtahanlarını yoxlayıb uşaqları imtahandan kəsmirdiniz? Orucəli də pul yığırdı. İndi də sən fakültəndə hər imtahana 50 manatdan yığmısan. Bütün faktlar məndə var. Amma uşaqlara görə dillənmirdim”. 

Bildirilir ki, müəllimin bu ittihamlarına dekan "əcəb eləmişəm, əlimin içindən də gəlib" deyə cavab verib. 

Dekanı müdafiə edən tədris şöbəsinin yeni müdiri Üzeyir Zeynalov yerdən müəllimləri yaltaqlıqda günahlandırıb. O bildirib ki, O. Rzayevin yeyinti sənədləri yoldaşı Aynurə Zeynalova tərəfindən üzə çıxarılıb və saxtalaşdırmalar ifşa olunub. 

Filialın rus dili müəllimi Afayət Zeynallova və bəzi müəllimlərin imtahan nəticələrinin aşağı olmasına görə günahlandırılması zamanı isə böyük narazılıq yaşanıb. Afayət xanımın çıxışı cox qaranlıq məqamlara  işıq salıb. O qeyd edib ki, bir çox qrupların imtahanlarında nəzarətçilərdən əlavə müəllimlər salınaraq  uşaqlara kömək etdirilib. Digər rus dili müəllimlərinin imtahanında rəhbərliyin tapşırığı ilə onun özü,  Rozetta müəllmə hətta rus dil ixtsaslı metodist Çiçək müəllimənin imtahan zamanı uşaqlara kömək etdiklərini bildirib. 

Bütün bunlardan pərt olan direktor isə deyilənləri belə cavablandırıb: "Səlimov gəldi ki, uşaqlar başını sallayıb oturublar. Heç nə yaza bilmirlər. Mən də dedim ki, müəllimləri salın kömək etsinlər. Bunlar düşmən balaları deyil ki... Biz humanistlik edib onların imtahanlarında köməklik göstərdik". 

Mənbə bildirir ki, Rəsmiyyə Əmiraslanova (müəllimə) də yoxladığı imtahan nətcələrində dəyişiklik edildiyinə narazılığını bildirib. Onun sözlərinə görə, baş mühasib Heyran Şikarova baş mühasib vəzifəsi ilə yanaşı, dekanlığa sessiya zamanı yaxından kömək edib. Sessiya zamani fəallığı ilə seçilən kredit şöbəsinin metodisti Raya Quliyeva "mükafatlandırılaraq" tədris şöbəsinə keçirilib. 

Mövzu ilə bağlı AMİ-nin rektoru Aqiyə Naxşıvanlı ilə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz baş tutmadı. Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 

Qaynar.info