Xəbər lenti

Çaqqal 46 yaşlı kişiyə hücum etdi - Salyanda
Ölkə19:50 03.08.2016

Çaqqal 46 yaşlı kişiyə hücum etdi - Salyanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Salyanın Arbatan kəndi ərazisində çaqqal dişləməsi hadisəsi baş verib.
Salyan şəhəri, İsa Quliyev küçəsində yaşayan 46 yaşlı Talıb Mirzağa oğlu Hüseynov Arbatan kəndinə gedərkən çaqqal hücumuna məruz qalıb.

Yırtıcı, kişinin sol qıç nahiyəsindən dişləyərək ona xəsarət yetirib. Zərərçəkən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada həkimlər tərəfindən quduzluğa qarşı vaksin vurduqdan sonra o, ambulator müalicəyə buraxılıb.(Report)

Qaynarinfo.Az