Xəbər lenti

Aqrar Universiteti seçən tələbələrə şad xəbər: 200 manat əlavə təqaüd veriləcək
Ölkə14:40 05.06.2018

Aqrar Universiteti seçən tələbələrə şad xəbər: 200 manat əlavə təqaüd veriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyevin göstərişi əsasında qəbul imtahanlarında  500 və daha çox bal toplayan, Azərbaycan Dövlət Aqrar Universitetinin kənd təsərrüfatı yönümlü ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 (iki yüz) manat əlavə təqaüd veriləcək.
Universitetdən Modern.az-a verilən məlumatına görə, aqrar yönümlü ix­­tisasların hamısı dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır. 
Uni­versitet bundan əlavə  abituriyentlərə yüksək təhsillə yanaşı, müasir standartlara cavab verən yataqxana da vəd edir.
Aqrar yönümlü ixtisaslar:
Torpaqşünaslıq və aqrokimya
Aqronomluq
Meşəçilik
Zootexniklik
Balıqçılıq və balıqçılıq təsərrüfatı işi
Aqromühəndislik
Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi
Şərabçılıq
Bitki mühafizəsi
Bağçılıq və tərəvəzçilik
Su bioehtiyatları və akvabitkilər
Ekologiya
Baytarlıq
Əczaçılıq