"Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti "Regionlarda maarifləndirmə və sorğu” layihəsini davam etdirir.
Qaynarinfo xəbər verir ki, "Aqrolizinq” ASC-nin bir qrup rəhbər işçiləri bu layihə çərçivəsində dekabrın 1-də Şamaxı rayonunda sakinlərlə görüş keçirəcəklər.
Saat 11:00-da Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzinin inzibati binasında keçiriləcək görüşdə Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir və Qobustan rayonlarının sakinləri iştirak edəcəklər.
Görüşün əsas məqsədi "Aqrolizinq” ASC tərəfindən göstərilən xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və onların həll edilməsidir.
Görüşdə iştirak etmək istəyənlər Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-336-20-90) müraciət edə bilərlər.