"Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti "Regionlarda maarifləndirmə və sorğu” layihəsini davam etdirir.
Qaynarinfo qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Aqrolizinq”in bir qrup rəhbər işçisi bu layihə çərçivəsində oktyabrın 13-də Ağcabədi rayonunda sakinlərlə görüş keçirəcək.
Saat 11.00-da Bayraq Muzeyində keçiriləcək görüşdə Ağcabədi, Zərdab, Beyləqan, Xocavənd, Füzuli, Bərdə, Ağdam, və Tərtər rayonlarının sakinləri iştirak edəcək.
Görüşün əsas məqsədi "Aqrolizinq” ASC tərəfindən göstərilən xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və onların həll edilməsidir.
Görüşdə iştirak etmək istəyənlər Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinə (+94450 318-88-76) müraciət edə bilərlər.