Xəbər lenti

Araz Ağalarov: "Emin hər həftə onların yanına uçur"
Ölkə08:20 12.07.2015

Araz Ağalarov: "Emin hər həftə onların yanına uçur"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Oğlu Eminlə Leyla Əliyevanın boşanmasına keçən ay münasibət bildirərən Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov bu barədə bir daha danışıb. Anspress-in məlumatına görə, "Crocus" şirkətlər qrupunun prezidenti dost olaraq qaldıqlarını bəyan edərək birlikdə boşanma qərarı verən cütlüyün münasibətlərinin çox yaxşı olduğunu açıqlayıb.
"Eminlə Leyla əvvəllər olduğu kimi çox yaxşı münasibətlərini saxlayıblar. Onlar uşaqlarını birlikdə tərbiyə edirlər. Leyla və əkizlərin harada olmasından asılı olmayaraq o, hər həftə onların yanına uçur" - deyə, o "Komsomolskaya Pravda"ya müsahibəsində bildirib.
Araz Ağalarov oğlunun şəxsi həyatında baş verən bu hadisəni ilk dəfə şərh edərkən təəssüfləndiyini bildirmişdi: "Mən çox təəssüf edirəm ki, belə alındı. İkisi də mehriban, pozitiv insanlardır. Görünür, nə isə alınmadı".
Qaynar.info