Xəbər lenti

Araz Ağalarovdan Emin Ağalarova qeyri-adi hədiyyə (VİDEO)
Ölkə08:37 14.12.2017

Araz Ağalarovdan Emin Ağalarova qeyri-adi hədiyyə (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni-bəstəkar Emin Ağalarov ad günündə gözlənilməz hədiyyə alıb.
Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, müğənninin iş adamı atası Araz Ağalarov oğlu üçün komik obrazda klipə çəkilib. Klipi Eminin dostu Timur Cəfərov hazırlayıb. "Still” adlı mahnıya çəkilən klipi ifaçı möhtəşəm adlandırıb və atasından belə bir sürprizi gözləmədiyini deyib:
"Ad günümə ən gözlənilməz və qeyri-adi hədiyyə oldu. Heç gözləmirdim. Gözlərimdən yaş çıxanadək güldüm. Baş rolda Araz Ağalarov. Hələ də başa düşmürəm, ata, sən çəkilməyə necə razılıq verdin?”.
Qeyd edək ki, Eminin 38 yaşı tamam olub.