Xəbər lenti

"Araz-Naxçıvan"ın qapıçısı dördoyunluq cəzalandı
İdman13:52 12.03.2024

"Araz-Naxçıvan"ın qapıçısı dördoyunluq cəzalandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. 
Qaynarinfo-nun məlumatına görə, Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində keçirilən oyunlarda yol verilən qayda pozuntuları ilə əlaqədar aşağıdakı qərarlar çıxarılıb. 
"Kəpəz” – "Neftçi” oyununda "Kəpəz” klubunun azarkeşləri tərəfindən matçın rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə "Kəpəz” klubu 1000 manat cərimə edilir (maddə 43.7);
"Turan Tovuz” – "Araz-Naxçıvan” oyununda "Turan Tovuz” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə "Turan Tovuz” klubu 700 manat cərimə edilir (maddə 37);
"Turan Tovuz” – "Araz-Naxçıvan” oyununda "Araz-Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Araz-Naxçıvan” klubu 700 manat cərimə edilir (maddə 37);
"Turan Tovuz” – "Araz-Naxçıvan” oyununun 78-ci dəqiqəsində "Araz-Naxçıvan” klubunun 1 nömrəli futbolçusu Vüsal Şabanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, "Araz-Naxçıvan” klubu 3000 manat cərimə edilir (maddə 43.3);
Səbuhi Həsənov