Xəbər lenti

Arazda batan şəxsin meyiti tapıldı
Ölkə10:15 31.05.2015

Arazda batan şəxsin meyiti tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Araz çayının, İmişli rayonu Xubyarlı kəndi ərazisindən keçən hissəsində batmış 1987-ci il təvəllüdlü Məmmədov Eldəniz Teymur oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı xəbər verir ki, E.Məmmədovun cəsədi FHN-in dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, 30 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 11:03-də başa çatıb.
Qaynar.info