Xəbər lenti

ARB-dən Xoşqədəm Hidayətqızı ilə bağlı açıqlama
Ölkə13:29 24.08.2021

ARB-dən Xoşqədəm Hidayətqızı ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Xoşqədəm Hidayətqızı çalışdığı "Xəzər” TV ilə yollarını ayırıb.
Aparıcının bundan sonra hansı telekanalda fəaliyyətini davam etdirəcəyi ilə bağlı rəsmi məlumat olmasa da, məşhur aparıcının adı bir müddət öncə ARB telekanalı ilə anılmışdı.
Məsələ ilə bağlı "ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Mail Əsgərov Qaynarinfo-ya açıqlama verib. Telekanal rəsmisi "Səni axtarıram” verilişinin ARB-də yayımlanmasının nəzərdə tutulmadığını bildirib:
"ARB telekanalı növbəti mövsümə hazırlıqlara may-iyun aylarından başlayıb. Xoşqədəm Hidayətqızının "Xəzər” telekanalından ayrılması ilə bağlı xəbəri biz də mətbuatdan yeni öyrənmişik. Oktyabr ayında başlayacaq yeni mövsümlə bağlı konsepsiyamız artıq hazır olduğundan Xoşqədəm Hidayətqızının "Səni axtarıram” verilişinin ARB telekanalında yayımı nəzərdə tutulmayıb”.