
Türkiyəli futbolçu Arda Turan yaxın günlərdə bekarlığa vəda edəcək.
Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, o, bir müddətdir eşq yaşadığı Aslıhan Doğanla nikah masasına oturmağı planlaşdırır.
Bir müddət əvvəl sevgilisi ilə arasında mübahisə düşən Barselona klubunda oynayan futbolçu nikah masasına oturaraq münasibətini xilas etməyə çalışır.
Toyun iyunun 4-də Çırağan Sarayda baş tutacağı bildirilib.
Qaynarinfo.az