
İspaniyanın “Barselona” klubunun türkiyəli futbolçusu Arda Turan Kataloniya təmsilçisinin heyətində ilk qolunu vurub.
AzVision.az-ın məlumatına görə, Ardanın ilk “Barselona”da ilk qolu La Liqanın 27-ci turunda “Rayo Valyekano” ilə görüşə təsadüf edib.
Belə ki, matçın 66-cı dəqiqəsində meydana daxil olan Arda 12 dəqiqə sonra rəqibinə qarşı kobud oynadığı üçün hakim ona qırmızı vərəqə göstərib. Lakin sonradan hakim səhvini düzəldərək Ardanı sarı vərəqə ilə cəzalandırıb. Oyunun 86-cı dəqiqəsində isə Arda Turan "Barselona"da ilk qoluna imza atıb.
Qeyd edək ki, oyun "Barselona"nın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qaynar.info