Xəbər lenti

Arda Turanın Barselonadakı 15 milyonluq evi - FOTOLAR
Ölkə13:13 26.08.2015

Arda Turanın Barselonadakı 15 milyonluq evi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İspaniya mətbuatı Arda Turanın Barselonada kirayəyə götürdüyü evin fotolarını yayıb.

Qaynar.info xəbər verir ki, evin qiymətinin 15 milyon avro, aylıq kirayə haqqının isə 21 min avro olduğu bildirilir.

Bu evin Barselonanın ən lüks evlərindən biri olduğu məlum olub. Əgər Arda bəyənəcəyi halda, bu malikanəyə 15 milyon avro ödəyib birbaşa almaq hüququna da malikdir. 

Mənzərəsi Barselona şəhərini seyr etməyə imkan verən və Esplugues de Lyobreqat adlı ərazidə yerləşən evin həcminin 1200 kvadrat metr olduğu, həyət sahəsi ilə birgə 2500 kvadrat metrə qədər olduğu bildirilir.   

Turanın yeni qonşuları isə Leo Messi, Luis Suares, Andres İnyesta, Xerard Pike, Dani Alves, Adriano və Klaudio Bravodur. İspaniya mətbuatı Arda Turanın sevgilisi olan Aslıhan Doğanın bu evdə gəzərkən fotosunu da çəkməyə imkan tapıb.

Qaynar.info