
Azərbaycanda bu dəqiqələrdə zəlzələ baş verib.
Qaynar.info Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən 14:32:57-də Şamaxı ərazisində Şamaxı-İsmayıllı sərhəddində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub.
Yerin 5 km dərinliyində qeydə alınan zəlzələnin maqnitudası 4,6 bal gücündə olub.
Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri təkanın güclü olduğunu ifadə ediblər.
***
Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, günün ikinci təkanı saat15:06:18-da İsmayıllı rayonu ərazisində qeydə alınıb. Zəlzələ hiss olunub.
Bu dəfə isə zəlzələnin maqnitudası 4 bal gücündə olub.
Qaynar.info