Nazirlər Kabineti “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, dəyişiklik Azərbaycanda ən böyük təbii inhisar subyekti olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) abbreviaturası ilə bağlıdır.
Dəyişikliyə əsasən “ARDNŞ” abbreviaturası “SOCAR” abbreviaturası ilə əvəz edilib.
Qaynar.info