Xəbər lenti

ARDNŞ adından dələduzluq - 13 min manat
Ölkə13:35 08.02.2015

ARDNŞ adından dələduzluq - 13 min manat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda dələduzluq hadisəsi baş verib. Qaynar.info-nun məlumatına görə, hüquq-mühafizə orqanlarına müraciət edən Sabunçu rayon Maştağa qəsəbə sakini, 1981-ci il təvəllüdlü Camalov Həmid Məşədibaba oğlu bildirib ki, külli miqdarda pulu mənimsənilib. 
Şikayətçinin sözlərinə görə, 2014-cü ilin 20 sentyabr tarixində İstiqlaliyyət küçəsi 26-da (Sabir bağı) tanışı, Binəqədi rayon sakini Ağayev Elbrus Rəmzi oğluna işə düzəlmək üçün 13 min manat pul verib. E.Ağayev H.Camalova söz verib ki, onun Azərbaycan Dövlət Neft Şirkətində işə düzəldəcək. Lakin sonradan məlum olub ki, H.Camalov pulu mənimsəyib və vəsaiti geri qaytarmaq fikrində deyil.
Müraciət əsasında zəruri araşdırmalar aparılır.
Qaynar.info