Xəbər lenti

ARDNŞ-də faciə: iki nəfər öldü
Ölkə12:25 18.06.2014

ARDNŞ-də faciə: iki nəfər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) müəssisələrinin birində iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. 

Qaynar.info APA-ya istinadən xəbər verir ki, bu gün “Azneft” İstehsalat Birliyi H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) istismar etdiyi “Qala” sahəsində ləğv olunan köhnə quyuların təmizlənməsi prosesi zamanı 5-ci mədən ərazisindəki 1989-cu ildən ləğv edilən 1249 nömrəli quyunun ağzında yığılan qazın partlaması nəticəsində NQÇİ-nin elektrik qaz qaynaqçıları - 1965-ci il təvəllüdlü Əliyev Zakir Əsədulla oğlu və 1963-cü il təvəllüdlü Baranov Dmitri Viktoroviç xəsarət alaraq ölüblər. 

Hadisənin səbəbləri araşdırılır.