Xəbər lenti

ARDNŞ-dən üç milyonluq kitab məsələsinə AÇIQLAMA
Ölkə09:50 27.09.2013

ARDNŞ-dən üç milyonluq kitab məsələsinə AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) üç milyonluq kitab müəmmasına aydınlıq gətirib.

ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev “musavat.com”a açıqlamasında bildirib ki, “Azərbaycan nefti” monoqrafiyasının ingilis dilinə tərcüməsi və nəşrinə 3 milyon manat vəsait ayrılması barədə yazılanlar doğru deyil: “Bu, texniki səhv olub və Ədliyyə Nazirliyinin saytında gedib. Artıq səhv saytda düzəldilib, yazıya düzəliş edilib. Əslində bu kitaba 21 min 800 manat vəsait ayrılıb”.

Qeyd edək ki, bir neçə gün əvvəl Ədliyyə Nazirliyi bu ilin 6 ayında ayrılan qrantların statistikası açıqlayıb. Statistik məlumatlardan belə aydın olur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin 6 ayında “Partnyor” elmin inkişafına dəstək ictimai birliyinə 4107 858 (dörd milyon yüz yeddi min səkkiz yüz əlli səkkiz) manat qrant ayırıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Partnyor” elmin inkişafına dəstək ictimai birliyi arasında 04 fevral  2013-cü il tarixldə qeydə alınan müqavilə ilə “Azərbaycan nefti” monoqrafiyasının ingilis dilinə tərcüməsi və nəşrinə 3 milyon  manat vəsait ayırılıb.

Qaynar.info