Xəbər lenti

Arıçılığın inkişafı üzrə yeni təkliflər hazırlandı
Ölkə18:35 01.12.2017

Arıçılığın inkişafı üzrə yeni təkliflər hazırlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kənd Təsərrüfatı Nazirliyi arıçılığın inkişafı üzrə yeni təkliflər hazırlayıb.
Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov BP ilə birgə Azərbaycanda arıçılığın inkişafına dəstəyə həsr olunmuş tədbirdə deyib.
Nazirin sözlərinə görə, yaxın zamanlarda bu təkliflər baxılması üçün Azərbaycan hökumətinə təqdim ediləcək.
H.Əsədov qeyd edib ki, son illərdə Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatının rolu əhəmiyyətli dərəcədə artıb ki, bu həmçinin ərzaq təhlükəsizliyinin təmin olunmasına, kənd əhalisinin məşğulluğunun və gəlirlərinin artmasına da şamil olunur.