Xəbər lenti

Arif Məmmədov: “Məni çox vaxt Saakaşvili ilə müqayisə edirlər”
Ölkə17:53 13.08.2015

Arif Məmmədov: “Məni çox vaxt Saakaşvili ilə müqayisə edirlər”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Dostlarım hərdən məni Saakaşvili ilə müqayisə edirlər. Bilin-Saakaşvili mənimlə müqayisədə göyərçindir. Tezliklə hamı buna əmin olacaq. Şəxsi təyyarələrdə uçmaq da alınmayacaq, cənablar!” - deyə sabiq səfir öz facebook səhifəsində yazıb.

Virtualaz.orq xatırladır ki, Hesablama Palatası 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nnümayəndəliyinin saxlanılmasına ayrılan büdcə vəsaitlərinin qanunsuz istifadəsi, rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi və bir sıra ciddi maliyyə pozuntularına yol verilməklə dövlətə külli miqdarda zərər vurulması ehtimalını nəzərə alaraq yoxlama materiallarını Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərib.

Hazırda onun tutulub istintaqa cəlb edilməsi üçün İnterpolun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.