Xəbər lenti

Arif Quliyevin səhhəti ilə bağlı son vəziyyət açıqlandı
Ölkə09:04 29.04.2021

Arif Quliyevin səhhəti ilə bağlı son vəziyyət açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti Arif Quliyevin vəziyyəti ağır olaraq qalır.
Bu barədə Oxu.Az-a açıqlamasında "Yeni klinika”nın reanimatoloqu Emil Qasımov məlumat verib.
O bildirib ki, Xalq artistinə hazırda invaziv mexaniki ventilyasiya tətbiq edilib və o, süni tənəffüs aparatının dəstəyi altındadır:
"Hazırda xəstənin parametrləri qənaətbəxş hesab edilmir. Lazım olan bütün tədbirləri görürük. İntensiv müalicə davam etdirilir. Hələ ki, Arif Quliyevin vəziyyəti ciddi-kritikdir”.
Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxan Xalq artisti Arif Quliyev xəstəxanaya yerləşdirilib. Ötən gün onun ECMO cihazına qoşulduğu barədə məlumat verilib.