Xəbər lenti

Arif və Leyla Yunusun məhkəməsi yen qapalı keçirilir
Ölkə06:35 04.08.2015

Arif və Leyla Yunusun məhkəməsi yen qapalı keçirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanınmış hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsindəki proses bu gün də yarıqapalı vəziyyətdə davam etdirilib. 

Bir neçə səfirdən başqa məhkəmənin izləməyə gələn tanınmış ictimaiyyət nümayəndələri, jurnalistlər, beynəlxalq təşkilatların nümayəndələri zala buraxılmayıb. Kənarda qalanlar arasında Milli  Şura sədri Cəmil Həsənli də var. Əsas qapıdan içəri heç ki buraxılmasa da, arxa qapıdan hakimiyyətə yaxın mətbuatın nümayəndələri içəri keçib.

Məhkəmədə ifadə verib çıxan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, Leyla Yunus vəkillərindən Məhkəmə Hüquq Şurasına müraciət etmələrini istəyib. O dünən onlara qarşı qanunsuzluğun olduğğunu deyib. Belə ki, Arif Yunusun vəziyyətinin pisləşməsinə baxmayaraq proses davam etdirilib.

Hazırda da məhkəmə binası qarşısında  təcili yardım maşını gözləyir. Bu dəqiqələrdə Neftçilərin Hüquqlarının Müdafiə  Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlının və daha bir şahidin ifadə verəcəyi gözlənilir.

Qaynar.info