Xəbər lenti

Arif Yunus təcridxanaya qaytarıldı
Ölkə17:47 20.08.2015

Arif Yunus təcridxanaya qaytarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həbsdə olan politoloq Arif Yunus bir neçə gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müayinədən sonra yenidən MTN-in istintaq təcridxanasına qaytarılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Turan-a Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov məlumat verib.

Onun sözlərinə görə, müayinə zamanı Arif Yunusda ciddi patologiya aşkar edilməyib.

Vəkil qeyd edib ki, mütəxəssislər Arif Yunusun hipertoniya xəstəliyi ilə bağlı müvafiq tövsiyələr verib və bundan sonra o, MTN-in istintaq təcridxanasına qaytarılıb.

Xatırladaq ki, Arif Yunus son bir il ərzində həbsdə olarkən bir neçə dəfə hipertoniya krizi keçirib. Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus ötən il həbs olunublar.

Qaynar.info