Xəbər lenti

Ağrıları azaldan müalicəvi RAZYANA ÇAYI
Ölkə18:19 19.09.2016

Ağrıları azaldan müalicəvi RAZYANA ÇAYI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Razyana çox faydalı müalicəvi bitkidir. Şərqdə razyana qədim zamanlardan müxtəlif xəstəliklər zamanı çox geniş istifadə olunur. 

Qaynarinfo.Az saglamolun.az-a istinadən bildirir ki, razyanadan hazırlanmış müalicəvi çay müxtəlif faydalı xüsusiyyətlərə malikdir:

- həzm proseslərini yaxşılaşdırır, köpü azaldır
- iştahanı artırır
- nəfəs yollarını selikdən və mikroblardan təmizləyir
- menstruasiya zamanı ağrıları azaldır
- ana südünün ifrazını artırır
- qurdqovucu təsirə malikdir
- sakitləşdirir, yuxunu tənzimləyir
- kişilərdə potensiyanı artırır.
Razyana çayının hazırlaması:
- 1 x.q. razyana toxumları termosda 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, yaxşı süzülür və gündə 2 dəfə 1/2 stəkan olmaqla içilir.

Qaynarinfo.Az