Xəbər lenti

Artan qadın intiharları - Səbəb nədir?
Ölkə09:46 27.10.2023

Artan qadın intiharları - Səbəb nədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İstər subay, istərsə də ailəli qadınları intihara aparan yollar psixoloji və fiziki şiddətdən keçir”.
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Mail Yaqub qadınların 2022-ci ildə intihar statistikasından danışarkən deyib. 
"Bu gün intihar bütün dünyada ən ağrılı məsələlərdən biridir. İntiharın müxtəlif səbəbləri var. Sosial təminatı, maddi rifahı ən yüksək səviyyəli olan ölkələrdə belə intiharın əsas səbəbi təklikdir. İnsan ünsiyyətə meyilli varlıqdır. Ünsiyyətdən kənarda qalanda təklik onu sıxır və özünü faydasız görür, ona görə də intihara əl atırlar. Bəzən psixoloji şiddət fiziki şiddətdən də üstündür, bunu nəzərə alın”, deyə sosioloq bildirib. 
"Azərbaycanda intihar səbəbləri nədir" sualına cavab olaraq sosiaoloq bildirib ki, bunun səbəbləri bir az fərqlidir: 
"Qadınların intihar etməsinin iki səbəbi var. Birincisi, ailədaxili münaqişələrdə qadına qarşı mənəvi, fiziki zorakılıq tətbiq olunur. İkincisi, qadınların daha emosional varlıqdır. Məsələn, bu yaxınlarda universitetə yüksək balla daxil olan bir gənc xanım özünü dənizə atdı. Hamı dedi ki, gənc niyə intihar etdi? Bəzən gənclər xırda bir şeydən intihara əl ata bilər. Çünki həmin vaxtlarda insanın dünya dərki, özünü kontrol bacarığı zəif olur. Bu səbəbdən də yeniyetmələr daha tez intihara əl ata bilərlər. Qadınlarda bəzən hissəqapılma olur. Psixoloqlar deyir ki, insan iki qərar verir - birincisi ani qərardır, ikincisi isə məntiqli düşünülmüş qərarlardır. İntihar edən insan ani qərar verir. İntihara cəhd edən insanlar var ki, bəxti gətirir ölmür. Həmin insanlar sonradan açıqlama verirlər ki, "biz dərhal peşiman olduq. Onlar 1 saniyədən sonra qəfil ayılır və vay mən niyə yaşamalı deyiləm” deyə özlərini danlayırlar. 
Qeyd edək ki, 2022-ci ildə intihar edən şəxslərin statistikası açıqlanıb. Həmin ildə 152 qadın, 42 nəfər uşaq intihar edib. 
Bahar Rüstəmli