Xəbər lenti

“Artilleriya atəşinin ustaları” müsabiqəsini uğurla başa vuran heyətimiz Bakıya qayıtdı
Ölkə14:21 04.09.2021

“Artilleriya atəşinin ustaları” müsabiqəsini uğurla başa vuran heyətimiz Bakıya qayıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsində iştirak edən artilleriyaçılarımız avqustun 4-də Bakıya qayıdıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, doqquz ölkəni təmsil edən artilleriyaçıların iştirak etdiyi müsabiqədə komandamız üçüncü yerə layiq görülüb. Azərbaycan Ordusunun zabiti polkovnik-leytenant Əhmədov Namiq "Ən yaxşı məşqçi", gizir Orucov Elşadın rəhbərlik etdiyi heyət isə "Ən yaxşı heyət" nominasiyalarının qalibləri olub.