Xəbər lenti

Artilleriyaçılarımız “Artilleriya atəşinin ustaları” müsabiqəsini uğurla başa vurdu (FOTO/VİDEO)
Ölkə15:40 01.09.2021

Artilleriyaçılarımız “Artilleriya atəşinin ustaları” müsabiqəsini uğurla başa vurdu (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsi başa çatıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müsabiqədə doqquz ölkənin təmsilçiləri ilə yarışan artilleriyaçılarımız yüksək peşəkarlıq nümayiş etdirərək üçüncü yerə layiq görülüb.
Qazaxıstan və Rusiya komandaları isə müvafiq olaraq ilk iki yeri paylaşıblar.
Qeyd edək ki, sentyabrın 2-də "Artilleriya atəşinin ustaları” müsabiqənin bağlanış mərasimi keçiriləcək.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/PbUvueqq4QU" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">