
Artilleriyaçılarımız “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında minaatan heyətimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsini müvəffəqiyyətlə başa vuraraq beynəlxalq müsabiqənin finalına yüksəliblər.
Azərbaycan Müdafiə Nazirliyindən "Qaynarinfo"ya verilən məlumata görə, finalda Azərbaycan artilleriyaçıları ilə yanaşı, Rusiya, Belarus və Qazaxıstan komandaları da güclərini sınayacaqlar.
Qaynarinfo.Az


