Xəbər lenti

“Artıq bu davranışla xeyli adam yoluxmuş sayılır...” - Professor
Ölkə05:00 10.06.2020

“Artıq bu davranışla xeyli adam yoluxmuş sayılır...” - Professor

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Pandemiyanın yeni dalğasından söhbət gedə bilməz”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Professor idda edir ki, infeksiya sönüb və Azərbaycanda yeni dalğa müşahidə olunmayacaq:
"Bizdə insanlar deyilən şərtlərə əməl etmədiyindən yoluxma sayında artım müşahidə olunub. Karantin yumşaldılandan sonra heç bir davranış qaydalarını gözləmədilər, yüksək yoluxma əmsalı əmələ gəldi, bir-birini yoluxdurdular. Biz onları yavaş-yavaş görürük. Hələ 10 gün yoluxma sayının artması proqnozlaşdırılır. Bu baxımdan da artım olacaq. Mollar, ticarət mərkəzləri və restoranlar, hansılar ki, əhalinin sıxlığı müşahidə olunduğu yerləri qapatmaq bir az işin ziyanınadır. Birincisi, buna əvvəlcədən hazırlıq görülməli və sonra qərar verilməlidir. İndi artıq gecdir. İkincisi, əgər bu şəkildə əhalinin sıx gediş-gəliş yerləri qapadılsa, insanlar evdə oturmalıdr. Karantin şərtləri bir az da sərtləşdirilməlidir. Yay aylarında insanları evdə otuzdurmaq çox çətindir. Bu iki gündə nələrin baş verdiyini gördünüz”.
Adil Qeybulla hesab edir ki, yeganə yol insanların karantin qaydalarına əməl etmələrindən keçir: 
"Çoxu maska taxmır, sosial məsafə saxlamır, sanki belə bir şey yoxdur. İnsanlar sosial məsafə saxlamalı, maska taxmalı, görüşəndə opüşməməlidir. Qucaqlaşmaq qəti qadağandır, əllərin dezinfeksiyasına fikir verilməlidir. Amma biz bunu görmürük, bu da yoluxma deməkdir. Artıq bu davranışla xeyli adam yoluxmuş sayılır”.
Bahar Rüstəmli