Xəbər lenti

Artur Rasi-zadə sədr seçildi
Ölkə15:34 25.07.2013

Artur Rasi-zadə sədr seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Baş nazir növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasına rəhbərlik edəcək

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
 
Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycanın Baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2012-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2012-ci il büdcəsinin icrası məsələlərinə baxılıb.
 
Müşahidə Şurası Neft Fondunun icraçı direktorunun təqdim etdiyi Fondun 2012-ci ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2012-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun ("Ernst ənd Yanq" şirkətinin) hesabatına baxaraq onları məqbul hesab edib və Fondun 2012-ci il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim etmək barədə qərar qəbul edib.
 
Baş nazir Artur Rasi-zadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.

Qaynar.info