Azərbaycan Milli Məclisinin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, parlamentin növbəti iclası martın 17-də baş tutacaq.
İclasın gündəliyinə yalnız Azərbaycan hökumətinin 2014-cü il üzrə hesabatı daxildir. Hesabatı deputatlar qarşısında baş nazir Artur Rasizadə təqdim edəcək.
Qaynar.info