Xəbər lenti

Artur Rasizadə vəzifəsində qaldı
Ölkə09:34 02.06.2015

Artur Rasizadə vəzifəsində qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fonddan Qaynar.info-ya verilən məlumata görə, baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2014-cü ildə maliyyə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2014-cü il büdcəsinin icrası məsələlərinə baxılıb. 
Müşahidə Şurası Neft Fondunun İcraçı direktorunun təqdim etdiyi Fondun 2014-cü ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2014-cü ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Praysvoterhauskupers Audit Azərbaycan” MMC) hesabatına baxaraq onları məqbul hesab edib və Neft Fondunun 2014-cü il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün prezidentə təqdim olunması barədə qərar qəbul edib. Baş nazir A.Rasizadə növbəti müddətə DNF-nun Müşahidə Şurasının sədri seçilib.
Qaynar.info