Xəbər lenti

Artur Rasizadənin qərarını pozanların işi prokurorluğa göndərildi
Ölkə13:43 17.06.2014

Artur Rasizadənin qərarını pozanların işi prokurorluğa göndərildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2013-cü ilin payızında buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş yardımların istifadə vəziyyətinin öyrənilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən Beyləqan rayonunda monitorinq keçirilib.

“Qafqazinfo”nun xəbərinə görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, monitorinq zamanı Beyləqan rayonunun seçmə yolu ilə müəyyən olunmuş kənd ərazilərində buğda səpininə görə yardımın verilməsi vəziyyəti araşdırılarkən bir sıra ciddi hüquqpozmalar, o cümlədən Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli qərarı ilə təsdiq edilmiş “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları”nın tələblərinə əməl olunmadığı müəyyən edilib.

Aparılan monitorinqin yekun nəticələrinə dair materiallar araşdırılması üçün Respublika Prokurorluğuna göndərilib.

Qeyd edək ki, monitorinq Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli qərarı ilə yaradılmış Respublika Komissiyasının 2014-cü il 8 aprel tarixli qərarına uyğun olaraq aparılıb.