
Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı video materiallarla bağlı həbs edilən iş adamı Arzu Kazımovun oğlu Zaur Kazımovun polis orqanlarından xaric edilməsi barədə məlumatlara aydınlıq gətirilib.
A. Kazımovun vəkili Ramiz Zeynalov APA-ya açıqlamasında bildirib ki, Z. Kazımovun tutduğu vəzifədən azad edilməsi barədə məlumatlar doğru deyil: “Bu, Elşad Abdullayevin növbəti uydurmasıdır. Onlar belə yalan məlumatlar yaymaqla Arzu Kazımova təsir etmək istəyirlər. Bir daha deyirəm ki, Zaur Kazımov işdən çıxarılmayıb. O, Nərimanov Rayon Polis İdarəsində çalışır və hazırda iş başındadır”.
Qaynar.info