Son zamanlar duyduğum budur ki, cəmiyyətin və ümumiyyətlə hər bir seçicinin millət vəkilindən gözləntiləri xeyli dəyişib. Seçici artıq öz deputatını sadəcə qanun layihələrinə səs verən rəsmi bir sima kimi deyil, onun həm xoş, həm də çətin günündə yanında olan, səsini eşidən yaxını kimi görmək istəyir.
Təcrübəli siyasətçi, deputat Arzu Nağıyev peşəkarlığı və səmərəli fəaliyyəti ilə seçicilərinin rəğbətini qazanan, ictimai etimad sahibi olan dövlət xadimlərindən biridir.
Arzu Nağıyevin dövlətçilik fəaliyyətinin kökündə uzun illər təhlükəsizlik orqanlarında qazandığı böyük təcrübə dayanır. Dövlət Təhlükəsizlik Komitəsi və Milli Təhlükəsizlik Nazirliyində keçdiyi çətin, şərəfli yol, onda sarsılmaz bir zabit məsuliyyəti, dövlət maraqlarının müdafiəçisi olmaq görəvi formalaşdırıb.
Onu da qeyd edim ki, Arzu Nağıyevin ictimai fəaliyyəti çoxşaxəlidir. O, təkcə hərbi və siyasi sahələrdə deyil, eyni zamanda ölkənin media məkanında da nüfuz sahibi olan simalardandır. Arzu müəllim bəzi həmkərlarından fərqli olaraq jurnalistlər üçün əlçatan olduğuna görə həm də medianın yaxın dostudur.
Bu gün o, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri kimi həm qanunvericilik prosesində, həm də hərbi-siyasi ekspert kimi media məkanında dövlətimizin maraqlarını peşəkarlıqla müdafiə edir.
Milli Məclisdə 105 saylı Tovuz–Gədəbəy seçki dairəsini təmsil edən Arzu Nağıyev üçün deputatlıq sadəcə kabinet işi deyil. Onun iş prinsipinin əsasını seçicilərlə canlı ünsiyyət təşkil edir. Tovuzun və Gədəbəyin ucqar dağ və sərhəd kəndlərində keçirdiyi mütəmadi görüşlər, vətəndaş qəbulları bunun bariz nümunəsidir. Bütün bu illər ərzində Arzu müəllim təmsil etdiyi bölgənin problemlərini, insanların qayğılarını onların öz dilindən eşitməyə üstünlük verib.
Arzu Nağıyevin fəaliyyətində ən həssas xətt şəhid ailələri, qazilər və müharibə veteranları ilə bağlıdır. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə onun bu kateqoriyadan olan insanlara göstərdiyi həssas münasibət cəmiyyətdə rəğbətlə qarşılanır. Sərhədyanı bölgəmiz olan Tovuzun spesifik çətinliklərini yaxşı bilən mütəxəssis kimi, o, hərbçilərimizin, qazilərimizin, sərhəd boyu yaşayan mülki əhalinin təhlükəsizlik və sosial rifah məsələlərini daim diqqətində saxlayır.
Düşünürəm ki, bir siyasətçi üçün başlıca keyfiyyət insanları sadəcə dinləmək deyil, həm də onları anlamaq və hiss etməkdir. Bu mənada, Arzu müəllim öz sadəliyi, səmimiyyəti və hər bir seçicinin müraciətinə fərdi yanaşması ilə seçilir. Çünki hər bir insan psixoloji olaraq, problemlərinin həllindən əvvəl öz səsinin duyulmasını, başa düşülməsini və ona bir şəxsiyyət kimi dəyər verilməsini istəyir.
Arzu Nağıyev həm təhlükəsizlik sahəsindəki xidmətləri, həm parlamentdəki aktiv fəaliyyəti, həm də xalqın içində olması ilə müasir Azərbaycan siyasətçisinin ən uğurlu nümunələrindən birini ortaya qoyur. Onun fəaliyyəti sübut edir ki, xalqın etimadını qazanmaq nə qədər çətin olsa da, ona sadiq qalmaq, hər an vətəndaşın yanında olmaq əsl ziyalı və millət vəkili missiyasıdır. Elə buna görə də o, həm dəyərli bir dövlət adamı, həm də doğma Tovuz və Gədəbəy sakinlərinin ürəkdən sevdiyi deputatımızdır.
Yeri gəlmişkən, Arzu müəllimi bir hərbçi kimi Azərbaycanın Silahlı Qüvvələri günü münasibətilə təbrik edir, ona işlərində uğurlar arzulayıram!
Sonda qeyd etmək istəyirəm ki, oğlum Mustafa Arzu müəllimin yaxınlaşan doğum gününə hədiyyə olaraq onun portretini yaradıb. Ancaq mən səbirsizlənərək həmin portreti bu yazımla yanaşı paylaşmaq qərarına gəldim. Sözsüz ki, bu portreti Arzu müəllimə doğum günündə müəllifin özü ilə bərabər hədiyyə edəcəyik.
Murad Köhnəqala
Şərhlər