Xəbər lenti

Arzu və Leyla Əliyevalar analarını belə təbrik etdilər - FOTO
Ölkə05:18 26.08.2014

Arzu və Leyla Əliyevalar analarını belə təbrik etdilər - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün doğum gününü qeyd edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın qızları analarını sosial şəbəkə vasitəsilə də təbrik ediblər.

ANS PRESS-in məlumatına görə, Arzu Əliyeva anasının fotosunu yerləşdirərək larını yerləşdirərək “Happy Birthday Mrs. Mehriban Aliyeva!!!” yazaraq təbrikini bildirib.

Leyla Əliyeva isə anası, bacısı və özünün olduğu fotonun üstündə 3 ürək şəkli ilə sevgisini bildirib.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın 50 yaşı tamam olur.

Mehriban Əliyeva 1964-cü il 26 avqustda Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Arif Paşayev fizika-riyaziyyat elmləri doktoru və Bakıdakı Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva görkəmli filoloq və ərəbşünas olub.

1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.

Mehriban Əliyeva Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə evlidir. Üç övladı və üç nəvəsi var.

Qaynar.info